1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü

Mayın 29-da 2 “A” sinfinin şagirdləri və sinfinin müəllimi Məhərrəmova Floranın rəhbərliyi ilə “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü” nə həsr edilmiş ədəbi-bədii gecə keçirildi. Tədbirdə şagirdlərin ifasında şeirlər, mahnılar səsləndirildi. Rəqs nümunələri və səhnəciklər nümayiş etdirildi. Sonda məktəbin direktoru S.Mehdiyeva uşaqları bayram münasibəti ilə təbrik etdi və onlara sağlam və uğurlu gələcək arzuladı.