196 nömrəli məktəbdə "Şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırilması" ilə bağlı növbəti tədbir.

196 nömrəli məktəbdə 06 mart 2015-ci il tarixində şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırilması ilə bağlı növbəti tədbir keçirilmişdir. Tədbirdə şairlərdən İlyas Tapdıq, Musa Ələkbərli və Mehdi Cəlal ilə görüş keçirilmiş, onların əsərlərindən parçalar söylənilmişdir. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov, qonşu məktəbin direktorları və valideynlərin bir qismi iştirak etmişdir. 07.03.2015-ci ildə Azərbaycan Televiziyasının xəbərlər proqramında tədbirdən fraqmentlər göstərilmişdir.Tədbirdə müxtəlif əsərlərdən səhnələşdirilmiş tamaşa nümunələri göstərilmiş və qaliblər mükafatlandırılmışdır. Ədəbi - bədii qiraət və şeir müsabiqələri keçirilmiş, "Ən yaxşı divar qəzeti", "Bədii əsər haqqında ən yaxşı inşa", "Ən yaxşı rol" nominasiyaları üzrə yarışlar keçirilmiş və fərqlənənlərə fəxri fərmanlar və hədiyyələr verilmişdir. Tədbiri məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimləri şairə - Zərifə Mikayılova (Sufi) və gənc müəllimə Fidan Ağayeva hazırlamışdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi