İnsan hüquq və azadlıqlarının müdafiəsi

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938№ li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət proqramı”nda nəzərdə tutulmuş tədbirlər planının 4.2-ci bəndinə əsasən, məktəbimizdə 17.04.2019-cu il tarixində məktəbin psixoloqu tərəfindən şagirdlərin maarifləndirilməsi istiqamətində işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı mübarizənin səmərəsini artırmaq məqsədilə "Dəyirmi masa", "Profilaktik söhbətlər", "Diskusiya"lar keçirilmişdir. Şagirdlərə çətin tərbiyə olunan və qanunla münaqişədə olan uşaqların sosial adaptasiyası, hüquq pozuntusu törətmiş şəxslərə tətbiq olunan ictimai sanksiyalar, həmin şəxslərin sosioloji və psixoloji vəziyyəti, həmçinin ölkədə keçirilən tədbirlər, ölkənin qoşulduğu beynəlxalq müqavilələr haqqında məlumatlar verilmişdir.