Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938№ li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət proqramı”nda nəzərdə tutulmuş tədbirlər planının 2.18-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayanların işi ilə əlaqədar olaraq məktəbimizdə 13.10.2018-ci il tarixində Suraxanı rayonu polis idarəsinin əməkdaşları və rayon icra hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya üzvləri tərəfindən yeniyetmələrin və gənclərin maarifləndirilməsi, yetkinlik yaşına çatmayanların kriminal davranışlarının səbəbləri, onlar tərəfindən törədilən hüquq pozmaların xəbərdar edilməsi ilə bağlı çıxışlar edilmiş və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Bundan əlavə məktəbimizdə çətin tərbiyə olunan şagirdlərlə işlər aparılır, pis vərdişlərdən istifadənin zərərləri ilə bağlı mütamadi olaraq, profilaktik söhbətlər keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi