Ölkəmizi tanıyaq

            Hər il mütəmadi olaraq “Ölkəmizi tanıyırıq” devizi altında rayon İcra Hakimiyyəti tərəfindən Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün tur-aksiyalar keçirilir.  Layihənin əsas məqsədi kimi müxtəlif bölgələrin müasir həyat tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider H.Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, prezident cənab İlham Əliyevin qətiyyəti və idarəsi ilə respublikamızın dinamik sosial –iqtisadi  inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

            Bununla əlaqədar məktəbimizin 10-cu sinif şagirdləri, təşkilatçı müavin və valideynlərlə birlikdə Azərbaycanın dilbər guşələrindən biri olan Lahıca səfər etdilər. Səfərdə şagirdlər bölgənin tarixi, coğrafiyası, ənənəsi barədə geniş məlumat əldə etdilər.

            Misgərlik sənətinin incəliklərindən və sirlərindən ustalardan məlumat topladılar. Bu bölgənin özunəxas adətləri, zəngin dərman bitkiləri haqqında yerli əhalidən öyrəndikləri məlumatlar onlarda böyük maraq doğurdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi