Hərəyə bir ağac əkək.

Ölkəmizin ekologiya və biomüxtəlifliyinin mühafizəsi naminə səmərəli fəaliyyət göstərən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bu sahədə böyük uğurlar qazanılıb.Bildiyimiz kimi IDEA İctimai Birliyi təsis edildiyi dövrdən etibarən həyata keçirdiyi genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində ölkə ərazisində milyonlarla ağac əkilib. Bu proses hazırda da “Yaşıllaşdırma marafonu” layihəsi çərçivəsində respublika ərazisində uğurla davam etdirilir.Yeri gəlmişkən, IDEA-nın yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığın bərpası, təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.Məktəb rəhbərliyinin təşəbbüsü ilə bu aksiya 11.03.2016-ci il tarixində keçirildi. Aksiyaya məktəbin 34 sinfi qoşuldu. Məktəb ətrafı sahədə məktəb rəhbərliyinin, müəllimlərin, şagirdlərin və valideynlərin iştirakı ilə müxtəlif növdə ağaclar əkildi. Aksiyamız davam edir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi