Şagirdlər ilə disput

Bakı şəhəri üzrə təhsil idarəsinin 07.02.2019-cu il tarixli F-90 nömrəli əmri ilə “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il üçün nəzərdə tutulmuş fəaliyyət planının 1.1.1 bəndinə əsasən məktəbimizdə mayın 14-də tarix fənnini tədris edən müəllimlər, X və XI sinif şagirdləri, psixoloqun iştirakı ilə disput keçirilmişdir.
1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirməsindən , Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri , o cümlədən dövlət suvernliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmasından Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara , o cümlədən BMT, ATƏT, İKT, MDB kimi təşkilatlara üzv olmasından danışdı. Azərbaycan həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də anti-terror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir.
Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında ən öncü yerlərdən birini tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və severen , eləcə də yüksək beynılxalq nüfuza malik ölkəyə çevrilib.