“Şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı" tədbir

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 07.02.2019-cu il tarixli F-90 nömrəli əmri ilə “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il üçün nəzərdə tutulmuş fəaliyyət planının 1.1.6 bəndinə əsasən mayın 2-də "Dəyirmi masa" keçirildi. Tədbirdə tarix müəllimi B.Cabbarov ölkəmizdə baş tutan və qarşıda keçirilməsi gözlənilən möhtəşəm layihələr haqqında məlumat verdi.
Azərbaycan Respublikası son illərdə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. 2016-cı ildə Avropa Olimpiya oyunları ilk dəfə Bakıda keçirildi. 2017-ci ildə İslam Həmrəylik oyunları Bakıda keçirildi, 2009-cu ildən Qəbələdə Beynəlxalq Musiqi Festifalı hər il keçirilir. 2019-cu il mayın 29-da isə Futbol üzrə Avropa Liqasının final oyunu Bakıda keçiriləcək.
2017-ci ildə Azərbaycan – Gürcüstan- və Türkiyəni birləşdirən Bakı-Tiblisi-Qars dəmir yolunun açılması, Azərbaycanın Avropaya çıxışını asanlaşdırır.