Gələcək çempionlar aramızdadır!

Mayın 20-də Bakı şəhəri üzrə Təhsil İdarəsinin 07.02.2019-cu il tarixli F-90 nömrəli əmrinin 2.3.5 bəndinə əsasən “Gələcək çempionlar aramızdadır!” -devizi altında 10-cu sinif şagirdləri arasında “Şən startlar” –idman yarışı keçirilmişdir. Yarışda şagirdlər müxtəlif nominasiyalar üzrə öz bacarıqlarını nümayiş etdirirdilər. Nominasiya nəticələri münsiflər heyəti tərəfindən qiymətləndirildi və sonda X “A” sinfinin komandası qalib elan olundu. Komanda üzvləri məktəb rəhbərliyi tərəfindən Diplom və Kubokla mükafatlandırıldı. Yarış şagirdlərdə böyük marağa səbəb oldu və digər şagirdləri də sağlam həyat tərzi seçməyə həvəsləndirdi.