“9 May Qələbə günü” münasibəti ilə təşkil edilmiş tədbir

Mayın 9-da 196 saylı məktəbin şagird və müəllim kollektivi də Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən Böyük Vətən müharibəsinə həsr olunmuş abidənin önündə “9 May Qələbə günü” münasibəti ilə təşkil edilmiş tədbirdə iştirak etdilər. Onlar abidənin önünə çiçək dəstələri qoudular və şeirlər söylədilər.
Tədbirdə xalqımızın qəhrəman oğullarının şərəfinə maraqlı səhnəciklər göstərildi, şeirlər ifa edildi. Tədbir olduqca maraqlı və yaddaqalan oldu.