Ulu öndərə həsr olunmuş tədbir

Mayın 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illik yubileyi ilə əlaqədar ədəbi – bədii gecə keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı. Daha sonra tarix müəllimi Kişizadə Ramil çıxış edərək tədbir iştirakçılarına dahi rəhbərin həyat yolu, ölkəmiz və xalqımızın rıfahı üçün qurub yaratdıqları, bu gün də mötəbər prizentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi xətti haqqında ətraflı məlumat verildi.