Anti-sosial davranışın qarşısının alınması

Müasir qloballaşan dünyada baş verən siyasi, iqtisadi, sosial və mənəvi proseslər cəmiyyətin həyatının bütün sahələrində olduğu kimi uşaq, yeniyetmə və gənclərin də həyatında ciddi dəyişmələr baş verir. Zəmanəmizdə “destruktiv”, “ososial”, “antisosial” davranışlı uşaq və yeniyetmələrin təlimi və tərbiyəsi ilə bağlı problemlər kəskin xarakter almağa başlamışdır. Bununla əlaqədar məktəbimizdə mütəmadi olaraq psixoloq tərəfindən anket-sorğular keçirilir, əldə edilən məlumatlara əsasən tədbirlər görülür. Bundan başqa fevralın 1-də gənclər arasında anti-sosial davranışın qarşısının alınması məqsədilə dəyirmi masa keçirilmişdir. Maarifləndirici video-çarx nümayiş etdirilmişdir.