Şagirdlərin düzgün peşə seçiminin vacibliyi haqqında

Oktyabrın 9-da yuxarı sinif şagirdləri arasında peşəyönümü ilə bağlı məlumatlandırma xarakterli “dəyirmi masa” keçirildi.
Şagirdlərin düzgün ixtisas seçiminə istiqamətləndirilməsi məqsədilə keçirilən maarifləndirici “dəyirmi masa”da giriş sözü ilə çıxış edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini A.N.Cəfərova gənclərin şüurlu yaradıcı əməyə hazırlanmasında, peşə seçiminə yönəldilməsində məktəb və valideyinlərin əhəmiyyətli rolu olduğunu vurğuladı.
“Dəyirmi masa”da şagirdlərə hazırkı əmək bazarındakı mövcud vəziyyət, düzgün peşə seçiminin vacibliyi və iş imkanlarından səmərəli istifadə etməyin əhəmiyyəti barədə geniş məlumat verildi.