Sülh və humanizmin təbliği

AR prezidentinin 15.09.2017-ci il tarixli 3236№-li sərancamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramının icrası ilə bağlı tədbirlər planının 5.1.6.4 bəndinə müvafiq olaraq fevralın 5-də sülh və humanizmin təbliğinə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir. Tədbirdə əsasən V – VII sinif şagirdləri iştirak etmiş, bütün dünya xalqları arasında sülhün olmasını, körpələrin savaş meydanlarında və ya digər hallarda müharibə qurbanına çevrilməməsini arzu etdiklərini, hər zaman müharibələrin əleyhinə mübarizə aparacaqlarını bildirdilər.