Mənim qəhrəmanım

AR prezidentinin 15.09.2017-ci il tarixli 3236№-li sərancamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramının icrası ilə bağlı tədbirlər planının 5.5.2.4 bəndinə müvafiq olaraq “Ümumtəhsil məktəblərində Azərbaycanın məşhur şəxsiyyətlərinə, xalqımızın qəhrəmanlıq tarixinə həsr olunmuş bədii əsərlərin oxusu və müzakirəsi” bəndinə uyğun martın 4-də fənn müəllimləri və kitabxana rəhbərliyinin iştirakı ilə dəyirmi masa keçirildi. Tədbirdə əsərlərdəki qəhrəmanlar, tarixi keçmişimizlə bağlı Azərbaycanın igid oğullarının göstərmiş olduğu şücaətlər müzakirə edilmiş, şagirdlərə bu cür qəhrəmanları örnək götürmək tövsiyə edilmişdir. Məktəbin V – IX sinif şagirdləri arasında “Mənim qəhrəmanım” adlı esse yarışması keçirilmişdir.