Heç bir uşağı nəzərdən qaçırmayaq

AR TN-nin F-90№-li 07.02.2019-cu il tarixli əmrinin 2.4.1. bəndinə 15.04.2019-cu ildə “Heç bir uşağı nəzərdən qaçırmayaq” – başlığı altında şagirdlərin malik olduğu qabiliyyət və istedada potensialının aşkara çıxarılması, onlarda öz imkanlarına inam hissinin aşılanması məqsədilə dəyirmi masa keçirilmişdir. Müzakirə nəticəsində müxtəlif siniflərdə yaradıcı potensiala malik olan şagirdlər aşkara çıxarılmış, məktəbdə onların əl işlərindən ibarət rəsm sərgisi təşkil edilmişdir. Bu sahədə əsasən 5 “A” sinif şagirdi Həsənli Aysu və 9 “B” sinif şagirdi Daşdəmirzadə Nurlanə fərqlənmişdir. Bundan başqa 2 “Ç ” sinif şagirdi Əliyeva Ləman, 10 “A” sinif şagirdləri İbrahimli Fidan və Əliyeva Aysu musiqi sahəsində olan qabiliyyətlərinə görə seçilmişlər.