İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbirlər

AR TN Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-107№-li 22.02.2019-cu il tarixli əmrinə əsasən məktəbimizdə Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar kitabxana rəhbərliyinin təqdimatında qəzəllərin oxusu və müzakirəsi təşkil edilmişdir. Tədbirdə ədəbiyyat müəllimi M.Zərifə Nəsiminin yaradıcılığı haqqında ətraflı məlumat verdi və şairin qəzəllərinin geniş təhlilini apardı.