Mütaliəni həyat tərzinə cevirək!

Azərbaycan  Respublikası Təhsil Nazirliyinin  15.01.2019 –cu il tarixli F-18 №-li əmri ilə təsdiq olunmuş “müasir ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi  ilə bağlı tədbirlər haqqında” fəaliyyət planının 2.4  İntellektual səviyyənin yüksəldilməsi istiqaməti üzrə 2.4.5 “Mütaliəni həyat tərzinə cevirək!” devizi ilə məktəbimizin Vlll  sinif şagirdləri arasında yarışma keçirilmişdir . Yarışma kitabxana rəhbərliyi tərəfindən həyata keçirilmişdir. Yarışmada şagirdlər  görkəmli şairimiz  Səməd Vurğunun yaradıcılığına müraciət etmiş , əsərlərindən kiçik səhnəcik – tamaşalar  nümayiş etdirmiş , şeirlər ifa etmişlər . Sonda münsiflər heyəti tərəfindən  ən yaxşı şeir ifaçısı, ən yaxşı səhnə nümayişinin qalibləri təyin edilmiş və mükafatlandırılmışdır .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi