Vətən məhəbbəti mənəvi, ucalıq nümunəsidir 

AR TN-liyinin  15.01.2019-cu il tarixli F-18 nömrəli əmri ilə təsdiq olunmuş Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı fəaliyyət planının 3.1  "Vətən məhəbbəti mənəvi, ucalıq nümunəsidir"  alt istiqamətinə uyğun olaraq  3.1.9  "Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması" təcrübəsinin tətbiqi ilə bağlı dəyirmi masa ətrafında müzakirə keçirilmişdir.  Müzakirədə məktəbin bütün göstəricilər üzrə nümunəvi olan sinifləri seçilərək milli qəhrəmanlarımızdan bəzilərinin adları ilə adlandırılmışdır. Belə ki, 4 "A" sinfi-şəhid Fərid Əhmədovun, 4 "B" sinfi-Mübariz İbrahimovun, 4"Ç" sinfi  isə - Çingiz Qurbanovun adı ilə adlandırılmışdır. Qəhrəmanların adlarını daşıyan sinflər onlar haqqında zəngin məlumat  toplayaraq divar qəzetləri, stendlər hazırlamışdır. Bu ənənənin şagirdlərdə vətənə məhəbbət hissini daha da artıracağına, lazım gəldiyində vətənin müdafiəsinə qalxmanın zəruriliyi təlqin edəcəyinə inanırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi