8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir

Martın 7-də akt zalı 3”A” və 3”C”siniflərinin ixtiyarına verildi. Onlar 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirdilər. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər. Uşaqların bayram təbriki ilə bağlı çıxışları tədbiri izləyənlərin hər birinin üzərində sevinc hissi yaratdı. Tədbirin sonunda məktəbin direktoru M.Sevinc xanım çıxış edərək məktəbimizin qadın müəllimlərinin və valideyinlərinin simasında bütün Azərbaycan qadınlarını təbrik etdi. 3”A” və 3”C” sinif müəllimlərinə belə gözəl tədbir təşkil etdiklərinə görə təşəkkür etdi.