“Riyaziyyat gecəsi” adlı tədbir

22 fevral 2019-cu il tarixində məktəbimizin akt zalı ibtidailərin ixtiyarına verilmişdir. Həmin gün onlar “Riyaziyyat gecəsi” adlı tədbir keçirirdilər.

Tədbirdə əsasən riyaziyyatsevərlər iştirak edirdilər. Ibtidai sinif şagirdlərinin göstərdikləri “riyaziyyat dərsi” adlı səhnəcik, riyaziyyata aid dedikləri şeirlər, aforizmlər, maraqlı fikirlər, mahnılar və rəqslər tədbiri izləyənlərin zövqünü oxşadı.

Sonda məktəbin direktoru S.Mehdiyeva çıxış edərək bu gözəl tədbiri ərsəyə gətirən bütün ibtidai sinif müəllimlərinə və tədbirdə iştirak edən şagirdlərə təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi