Xocalı faciəsi

25.02.2019-cu il tarixində məktəbimizdə Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı tədbir keçirildi.
Bundan əlavə, “Xocalı faciəsi ”, ilə əlaqədər əl işlərindən ibarət sərgilər təşkil olundu. “Xocalı harayı” Ədəbi-bədii kompozisiyalar təşkil olundu, sənədli və bədii filmlər nümayiş edildi. Xocalı soyqırımından bəhs edən divar qəzetləri hazırlandı. Bu tədbirlərin keçirilməsi ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət edir.