“Ana dili günü “ adlı tədbir

20 fevral 2019–cu il tarixində məktəbdə “Ana dili günü “ adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideyinlər və şagirdlər iştirak etdilər. Tədbirdə məktəb şagirdlərinin ifasında müxtəlif şeirlər, mahnılar səsləndirildi, səhnəcik və rəqslər ifa edildi. Sonda tədbirlə bağlı təsuratlarını bölüşmək üçün məktəbin müəlliməsi Zərifə Sufiyə, valideynlərdən bir neçəsinə söz verildi. İştirakçıların hər biri dilimizin mənəvi gücünü aşılamağa çalışan bu tədbiri yüksək qiymətləndirdilər.