“Gənclər  günü”nə həsr edilmiş ədəbi-bədii gecə

01.02.2019-cu il tarixdə məktəbimizdə “Gənclər  günü”nə həsr edilmiş ədəbi-bədii gecə keçirildi. Tədbirdə gəncliyə aid şeirlər, mahnılar söylənildi,  Ulu Öndər H.Əliyevin gənclərə yüksək qayğı və diqqətini əks etdirən video çarx nümayiş etdirldi.  Daha sonra  müəllimlərdən  Novruzova Dinara çıxış edərək təməli Ulu Öndər tərəfindən qoyulan və bu gündə Cənab prezident  İlham Əliyev tərəfindən davam etdirilən  gənclərə dəstək lahiyələri haqqında tədbir iştirakçılarına məlumat verdi. Aparılan gənclər siyasətinin Azərbaycanın gələcəyi olan bütün gənclərimiz üçün sağlam bünövrə, təməl yaratmasının həm bir valideyn, eyni zamanda gənclərlə daimi əlaqədə olan bir təhsil işçisi kimi onu da ruhlandırdığını vurğuladı. Tədbirdə müasir dövrümüzün eləcə də “Gəncliyin bəlası” sayılan narkomaniya haqqında səhnəcik nümayiş etdirildi, narkotik vasitələrin fəsadlarının geri dönüşü olmayan xəstəliklərlə, ən pis hallarda ölümlə nəticələnməsini göstərən zərərli vərdişlərdən çəkinməyə səsləyən ibrətamiz tamaşa göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi