“Narkomaniyaya yox deyək” mövzusunda tədbir

25.01.2019-cu il tarixdə məktəbimizdə Suraxanı rayonu Polis idarəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək”, “Sağlam tədrislər sağlam gələcəyin əsasıdır” mövzusunda görüş keçirilmişdir. Görüşdə suraxanı RPİ-nin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Namiq Abbasov, Hövsan qəsəbəsi 30-cu polis şöbəsinin rəisi, polis mayoru Elnur Əliyev, rəis müavini polis polkovnik-leytinantı Əli Həsənov, polis mayoru Səməndər Musayev və həmin bölmənin YYŞ-la iş üzrə inispektoru, polis kapitanı Samir Babayev məktəb rəhbərliyi, məktəbin tibb bacısı, IX – XI sinif şagirdləri, müəllimlər, UBR iştirak etdilər. Tədbir “Narkomaniyaya yox deyək” ağ ölüm şagirdlərin gözü ilə sərgisinə baxışla başladı. PB-nin nümayəndələri ilk öncə rəsmi çıxış edərək narkomaniyanın əsrin bəlası olduğunu sonda ölümlə nəticələndiyini vurğuladılar, narkomaniyanın insanlar üçün necə təhlükəli bir bəla olduğu və bu bəlaya düçar olan şəxslərin fiziki və mənəvi cəhətdən necə acı çəkdiklərini nəzərə çatdırdılar.
Tədbirdə məktəbin direktoru S.Mehdiyeva çıxış edərək bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemlərdən, narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında şagirdlərə məlumat verdi.
Sonda isə şagirdlərin maraq dairəsindən yaranan sualları cavablandırıldı.