Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Ədəbi bədii gecə”

28.12.2018-ci il tarixində məktəbimizdə “Azərbaycan nağılı” adlı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Ədəbi bədii gecə” keçirildi. Tədbirdə müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər. Tədbiri giriş sözü ilə məktəbimizin direktoru Sevinc Mehdiyeva açdı. O, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətiə təbrik edərək, hər kəsi həmrəy olmağa səslədi və Yeni il münasibəti ilə təbrik etdi. Sonra şagirdlərin ifasında səhnəciklər, nagıllar və rəqslər nümayiş etdirildi, mahnılar, şeyirlər səsləndirildi.