Mehdi Hüseynzadənin 100 illik yubileyi ilə əlaqədar ədəbi-bədii gecə keçirildi

21 dekabr 2018-ci ildə məktəbimizdə “Qəhrəmanlar unudulmur” başlığı altında Azərbaycanın milli qəhrəmanı Mixaylo ləqəbli-Mehdi Hüseynzadənin 100 illik yubileyi ilə əlaqədar ədəbi-bədii gecə keçirildi.
Tədbirdə Ulu Öndər H. Əliyevin Mehdi Hüseynzadə haqqında söylədiyi fikirləri əks etdirən video-çarx nümayiş etdirildi, Azərbaycana, Qəhramanlara, tariximizə aid şeirlər və mahnılar səsləndirildi. “Uzaq sahillərdə” – filminin fraqmentinin şagirdlərimizin ifasında səhnələşdirilmiş kiçik parçası nümayiş etdirildi. Tədbir məktəbimizin tarix müəllimləri C.Bəhruz, K.Ramil və M.Pərvinin rəhbərliyi altında hazırlanmış tarixi faktlar tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.