Ümummilli lider H.Əliyevin anım günü

03.11.2018-ci il tarixdə məktəbimizdə Ümummilli lider H.Əliyevin anım günü ilə əlaqədar ədəbi-bədii gecə keçirildi . Tədbiri giriş sözü ilə məktəbin direktoru S.Mehdiyeva açdı. Ulu Öndərin Azərbaycan Respublikası və xalqı üçün etmiş olduğu, tarixdə dönüş yaradan əməllərdən danışdı, xalqımızın parlaq gələcəyi üçün atdığı və bu gün də uğurla davam etdirilən təməllərdən söhbət açdı. Daha sonra Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən video-çarx nümayiş etdirildi, şeir və mahnılar ifa edildi.