Məktəbdə "Donuz qripi" ilə əlaqədar olaraq "Dəyirmi masa" keçirildi.

04.02.2016 tarixində məktəbin akt zalında məktəbin rəhbərliyi tərəfindən təşkil olunmuş “Dəyirmi masa” keçirildi. Dəyirmi masanın keçirilməsinin əsas səbəbi “Donuz qripi"nə qarşı görüləcək profilaktik tədbirlərlə bağlı idi. Tədbirdə siniflər üzrə valideyn komitəsinin sədrləri, sinif nümayəndələri, biologiya müəllimləri, məktəbin tibb bacısı və rəhbərlik iştirak edirdi. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Sevinc Mehdiyeva çıxışında “Donuz qripi”nə qarşı məktəbdə Səhiyyə Nazirliyi tərəfindən aparılmış profilaktik tədbirlər, Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinə verilmiş tapşırıqlar, valideynlərin üzərinə düşən əsas öhdəliklər, şagirdlərin sinifdaxili şəxsi gigiyenaları və s. haqqında danışdı.Dəyirmi masa digər iştirakçılar tərəfindən diskusiya şəklində davam etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi