“Mənim Bayrağım” mövzusunda inşa yazı və şeir müsabiqəsi

 07 noyabr 2018-ci il tarixində Gəncliyə Yardım Fondu və  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”-nə həsr olunmuş konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim Bayrağım” mövzusunda inşa yazı və şeir müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib. Bakı şəhəri üzrə inşa yazı müsabiqəsində Suraxanı rayonu məktəbləri arasından yalnız M.Bayramov adına 196 nömrəli tam orta məktəbin 8a sinif şagirdləri Cəfərova Nigar, Əhmədzadə Yusif  və Bayramova Jasmin seçilmişdir. Cəfərova Nigar “Fərqlənmə” diplomuna, xatirə hədiyyələri və pul mükafatı təqdim olunub.hədiyyə və pul mükafatına,  Əhmədzadə Yusif  və Bayramova Jasmin isə “Şəhadətnamə” ilə təltif olundular.

Tədbirdə Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Bakı Yunus Əmrə İnistitunun rəhbəri Cihan Özdemir, məhşur şair Vahid Əziz və başqaları iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi