Bilik günü

15.09.2018-ci il tarixdə məktəbimizdə "Bilik günü“ ilə əlaqədar tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, qəsəbə bələdiyyə sədri, qonaqlar iştirak edirdi.Tədbir Azərbaycan Respublikası Dövlət Himni ilə açıldı. Məktəbimizin rəhbəri giriş sözü ilə çıxış edərək məktəbin 2017-2018-ci tədris ili üzrə olan nailiyyətlər ilə tədbir iştirakçılarını tanış etdi və 2018-2019-cu tədris ilində bütün şagirdlərə və müəllimlərə uğurlar arzuladı. Sonra Suraxanı rayonu İcra hakimiyyət başçısı İ.Abbasovun "Bilik günü" münasibətilə göndərdiyi təbrik məktubu oxundu.