20 yanvar faciəsinə həsr olunmuş tədbir.

Bu gün məktəbimizdə “20 yanvar” faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbir “20 yanvar faciəsi şagirdlərin gözü ilə” sərgisinə baxış ilə başladı. 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri öz çıxışı ilə açan məktəbin direktoru 20 yanvar şəhidləri haqqında şagirdlərə ətraflı məlumat verərək bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxsin ümummilli lider Heydər Əliyev olduğunu qeyd etdi. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixində faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirmişdir.Sonda şagirdlərin ifasında 20 yanvar faciəsi ilə bağlı şeirlər və səhnəciklər nümayiş etdirilmişdir.