Son zəng

Bu gün məktəbimizdə 11-cilərin həsrətlə gözlədikləri Son zəng" çalındı. Sanki bu zəng oları həyata səslədi, daha müstəqil, daha inamlı, daha qürurlu olmaga çagırdı. Onlara müvəffəqiyyət arzuladı.

 Tədbirdə məktəbimizin direktoru S.Mehdiyeva, məzunların valideyinləri, müəllimlər, əvvəlki illərdə məktəbi bitirmiş və yüksək nailliyyətlər əldə etmiş məzunlar çıxış etdilər. 2017-2018-ci tədris ili ərzində fəaliyyətlərinə görə fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomla təltif edildi. Tədbirdə şagirdlər tərəfindən hazırlanmış müxtəlif rəngarəng musiqi nömrələri ifa edildi, rəqs nümunələri göstərildi, şeirlər səsləndirildi. Ümumilikdə tədbir iştirakçılar tərəfindən rəğbətlə qarşılandı və bəyənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi