Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi

12 noyabr 2015-ci il tarixində 196№-li məktəbdə "Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi" mövzusunda General Səməd bəy Sadıx bəy oğlu Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin hərbi hazırlıq müəllimi Məmmədov Sabir, tarix müəllimləri Cabbarov Bəhruz, Novruzova Dinara çıxış edərək General Səməd bəy Mehmandarovun həyatından, Azərbaycan xalqına xidmətlərindən, onun vətənpərvərliyindən, xalqına bəslədiyi sevgisindən danışdılar. General Səməd bəy Mehmandarovun 160 illiyinə həsr olunmuş təqdimat və video nümayiş etdirildi. Tədbirin sonunda məktəbin direktoru Sevinc Mehdiyeva çıxış edərək şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasını tövsiyə etdi və Qarabağ torpağında Azərbaycan bayrağının dalğalanmasını arzu etdi.