Birincilərin bayram şənliyi

30.04.2018-ci il tarixdə məktəbimizin 1a sinfində bayram şənliyi keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideyinlər  iştirak edirdi. Sinfin müəllimi Flora Məhərrəmovanın təşəbbüsü ilə uşaqlar öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Birincilərin seir, mahnı və səhnəcikləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Ümumilikdə tədbir çox möhtəşəm idi. Rəhbərliyin və valideyinlərin Flora müəllimə haqqında ürək sözləri, xüsusi ilə də valideyinlərdən Aygün və Vüsalə xanımın çıxışı Flora müəlliməni çox kövrəltdi. Flora müəllimənin birincilərlə çəkdiyi əziyyətlər artıq bəhrəsini verməkdədir. Sinfin fəallarından olan Akif Qasımlının ifa etdiyi mahnı xüsusi marağa səbəb oldu. Onunla yanaşı Rəşid, Yazgül, Məcid, Akşin, Əli və digərlərin çıxışı da tədbirə daha da maraq qatdı.

Sonda məktəbin direktoru Sevinc Mehdiyeva şagirdləri, Flora müəllimi və valideynləri təbrik etdi və onlara bu çətin yolda uğurlar arzuladı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi