Zərifə Əliyevanın 95-ci il dönümünə həsr olunmuş ədəbi – bədi gecə

27.04.2018-ci il tarixində məktəbimizdə Tibb Elimləri Doktoru Əməkdar Elm Xadimi Zərifə Əliyevanın 95-ci il dönümünə həsr olunmuş ədəbi – bədi gecə keçirildi. Məktəbin biologiya müəllimi Mustafayeva Zümrüdün təşkil etdiyi tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbir Zərifə Əliyevanın həyat və yaradıcılığına, tibbi fəaliyyətinə həsr olunmuşdu. Tədbirdə Göz həkimi tamaşası, Z.Əliyevaya həsr olunmuş seirlər, atalar sözləri, video çarx, mahnılar nümayiş etdirildi.