İlk dəfə səsvermədə iştirak edəcək gənclərlə söhbət

07.04.2018-ci il tarixində 30 saylı Suraxanı I seçki dairəsi üzrə 7 saylı seçki məntəqəsinin sədri Cəfərova Aidə prezident seçkiləri ilə əlaqədar 18 yaşı tamam olmuş ilk dəfə səsvermədə iştirak edəcək gənclərlə söhbət aparmış, onlara seçki qaydaları, öz hüquqları haqqında məlumat vermiş, namizədlərlə ətraflı tanış etmişdir.