IIIa sinfində Məmmədova Nailənin İnformatika fənnindən “Alqoritmin təsvir üsulları” mövzusunda açıq dərs

25 dekabr 2015-ci il tarixində M.Bayramov adına 196№-li tam orta məktəbin IIIa sinfində Məmmədova Nailənin İnformatika fənnindən “Alqoritmin təsvir üsulları” mövzusunda açıq dərs keçirilmlşdir. Dərsdə alqoritm mövzusu haqqında şagirdlərə çoxlu ətraflı məlumat verilmişdir. Şagirdlər bu mövzunu dərindən mənimsəmiş, həyatda hər bir şeyin bir ardıcıllıqla baş verməsinə dair nümunələr göstərmişlər. Dərsdə məktəbin rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdilər. Kurikulum əsasında keçirilən dərsdə müəllim şagirdləri "Monitor", "Klaviatura", "Sistem bloku" və "Maus" adlı qruplara bölmüşdü.Dərsdə əyani vəsaitlərdən və təqdimatdan istifadə olundu. Müəllimin proqramı, icmalı və jurnal yoxlanıldı. Bunlar dərsin gedişinə uyğun idi. Sonda dərsin müzakirəsi aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi