Novruz şənlikləri

19.03.2018-ci il tarixində məktəbimizin pedaqoji kollektivi rəhbərlik başda olmaqla Suraxanı rayonunda Atəşgahda təşkil edilmiş Novruz bayraminda iştirak etmişdir. Tədbirdə məktəbimizin şagirdllərinin ifasında dövlətimizin rəhbəri cənab İlham Əliyevə, yaz fəslinə, novruz adətlərinə aid şeirlər söylənildi. Novruz bayramının atributları “Keçəl və Kosa” nın iştirakı ilə səhnəciklər göstərildi. Xalqımızın qədim adət-ənənələrindən bəhs edən “haxışta” bayatıları səsləndirildi. Məktəbiizdə də Novruz şənlikləri keçirildi. Şagirdlər və müəllimlər bu bayramı çox böyük həvəs və ruh yüksəkliyi ilə qarşıladılar.