“8 Mart Beynəlxalq Qadınlar Günü” nə həsr edilmiş açıq dərs
7 mart 2018-ci il tarixində Bakı şəhəri M.Bayramov adına 196 saylı tam orta məktəbin VIIb sinfində “8 Mart Beynəlxalq Qadınlar Günü” nə həsr edilmiş açıq dərs keçirildi.
Dərsi məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zərifə Mikayılova hazırlamışdı. Dərsdə analara həsr olunmuş şeirlər, səhnəciklər, mahnılar səsləndi, maraqlı elektron materiallardan istifadə olundu. Dərsin məzmunu və mahiyyəti maraqlı və fərqli idi. Daha çox şagirdlərin müstəqilliyinə yer verilmişdi. Dərsdə şagirdlərə yüksək mənəvi, tərbiyəvi keyfiyyətlər aşılandı.
Dərsdə məktəbin direktoru S.Mehdiyeva, tədris hissə müdiri A.Cəfərova, müəllimlərdən İ.Məmmıdova, N.Məmmədova, T.Muradova və s. Iştirak edirdilər.
Sonda məktəbin direktoru S. Mehdiyeva Z.Mikayılovaya Suraxanı rayonu Həmkərlar Təşkilatının “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə təltif etdiyi “Fəxri Fərmanı” və hədiyyəni təqdim etdi.