Sağlamlıq və gigeyena haqqında tədbir

07.02.2018-ci il tarixdə Reproduktiv sağlamlıq mərkəzinin əməkdaşları məktəbimizdə yeniyetmə yaşlı qızlarla maarifləndirici söhbət apardılar. Söhbət əsnasında qızlar yeniyetməlik dövründə baş verəcək bəzi fiziki və psixoloji dəyişikliklər haqqında məlumatlandırıldı. Sonda şagirdlərin sualları cavablandırıldı və onlara kitabçalar paylanıldı.