Ulu Öndərimiz H.Əliyevin anım mərasimi

10.12.2015-ci il tarixində 196№-li məktəbdə Ulu Öndərimiz H.Əliyevin anım mərasiminə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə müəllim və şagird kollektivi Ulu Öndərimizi dərin hüznlə yad etmiş, Ulu Öndərimiz H.Əliyevə həsr olunmuş şeir və mahnilar səsləndirmişdirlər. Tədbirdə məktəbin direktoru Sevinc Mehdiyeva, tarix müəllimi Dinara Novruzova Ulu öndərimizin keçdiyi həyat yolu, xalqımız, millətimiz üçün əvəzsiz töhvələri haqqında danışmış, onun xalqımızın xatirəsindən heç vaxt silinməyəcəyini söyləmişdirlər.