“Narkomaniyaya yox deyək" mövzusunda görüş

26.01.2018-ciil tarixdə məktəbimizdə yuxarı sinif şagirdləri ilə “Narkomaniyaya yox deyək, sağlam vərdişlər sağlam gələcəyin əsasıdır” mövzusunda hüquqi maarifləndirici görüş keçirilmişdir. Görüşdə 30-cu PB-nin polis sahə rəisi polis mayoru Səməndər Musayev və həmin bölmənin YYÇ-in işi üzrə inspektoru polis kapitanı Elvin Quliyev iştirak etmişlər. Elvin Quliyev ilk öncə rəsmi çıxış edərək narkomaniyanın əsrin bəlası olduğunu sonda ölümlə nəticələndiyini vurğuladı. Daha sonra şagirdlərə video çarx təqdim olundu, orada narkomaniyanın insanlar üçün necə təhlükəli bir bəla olduğu və bu bəlaya düçar olan şəxslərin fiziki və mənəvi cəhətdən acı çəkməsi əks olunurdu. Sonda isə şagirdlərin maraq dairəsindən yaranan sualları cavablandırıldı.