H.Zeynalabdin Tağıyevin mülkündə yaradılmış Milli Azərbaycan Tarixi Muzeyinə səfər

29.12.2017-ci il tarixdə 5c sinif şagirdləri məktəbin Tərbiyə İşləri üzrə direktor müavini Q.Aytəkin müəllimənin rəhbərliyi ilə H.Zeynalabdin Tağıyevin mülkündə yaradılmış Milli Azərbaycan Tarixi Muzeyinə səfər etdilər. Muzeydə bələdçi şagirdlərə burada saxlanılan eksponatlar haqqında geniş məlumat verdi, şagirdlərin bu və ya digər tarixi eksponatlar haqqında verdiyi suallrı cavablandırdı. Respublikamızın prezidenti möhtərəm İ.Əliyev cənablarının söylədiyi kimi “Muzeyin binası və daxili tərtibatı Azərbaycanın milli sərvətidir!”. Şagirdlər muzeydən çox yararlı məlumatlar əldə etdi və xoş təəssüratlarla ayrıldı.