Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının şagirdlərlə görüşü keçirildi

13.12.2017-ci il tarixdə məktəbimizdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının IX, X, XI sinif şagirdləri ilə görüşü keçirildi. Nazirliyin nümayəndələri şagirdlərə məktəbi bitirdikdən sonra hansı ali məktəbi seçəcəklərinin gələcəkdə quracaqları işlə birbaşa əlaqədar olduğunu, seçim etməzdən əvvəl həmin sahəyə olan tələbat  haqqında araşdırma aparmaq lazım gəldiyini, hal-hazırda Azərbaycanda daha çox ehtiyac olan, kadr çatışmazlığı olan sahələri seçməyi tövsiyyə etdilər. Şagirdlərlə aparılan sorğu–sual nəticəsində aydın oldu ki, bəzi şagirdlər kor-təbii bəzisi isə valideynlərin tələblərinə görə ixtisas, qrup və peşə seçirlər. İstəmədən seçilən ixtisaslar isə sonda həmin sahədə işləyən işçinin əmək potensialının zəif olmasına və işlədiyi strukturda ümumi keyfiyyət göstəricisinin aşağı düşməsinə səbəb olur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi