Yol təhlükəsizliyi məktəblilərin obyektivində

“Azərbaycan Milli Avtomobil Klubu” İctimai Birliyi 01 avqust 2017-ci il tarixindən etibarən Azəbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yol təhlükəsizliyi məktəblilərin obyektivində” mövzusunda maarifləndirici müsabiqələrin keçirilməsi lahiyəsinin icrasına başlayıb.
Bu məqsədlə Bakı ümumtəhsil məktəblərində “Yol təhlükəsizliyi məktəblilərin obyektivində” mövzusunda yarış keçirildi. Suraxanı rayonu üzrə 3-cü yerə Hövsan qəsəbəsi 196 nömrəli tam orta məktəbin VIc sinif şagirdi Kərimli Fidan, Hümbətli Emral və Xa sinif şagirdi Əmirov Məhəmməd (operator və montaj) layiq görüldülər.