Ulu Öndər H.Əliyevin anma mərasimi

12.12.2017-ci il tarixdə məktəbimizdə Ulu Öndər H.Əliyevin anma mərasimi keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdilər. Məktəbimizin tarix müəllimi Əsgərova Şəlalə tədbir iştirakçılarına H.Əliyevin əzəmətli ömür yolu, Azərbaycan dövləti və xalqı üçün etdiyi fədakarlıqlardan, xalqın rifahının artırılması yolunda əvəzsiz xidmətlərindən, Azərbaycan təhsilinin dünya təhsil səviyyəsinə çatdırılması istiqamətində gördüyü işlərdən, neft müqaviləsinin bağlanması ilə dünya iqtisadiyyatına inteqrasiya olunmasından və s. danışdı. Şagirdlər tərəfindən Ulu Öndərin həyatına həsr olunmuş slayd-sou nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi