“Təhsildə keyfiyyət ili zamanın tələbidir” mövzusunda dəyirmi masa

08.12.2017-ci il tarixində məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfərova Aidə gənc müəllimlərlə “Təhsildə keyfiyyət ili zamanın tələbidir” mövzusunda dəyirmi masa keçirdi. Aidə müəllimə çıxış edərək gənc müəllimlərə zamanın tələbinə uyğun yüksək keyfiyyətli, savadlı dərslər təşkil etmələrini, öz bilik və bacarıqlarını şagirdlərə çatdırmalarını, bu yolda təcrübəli müəllimlərin köməklərindən yararlanmalarını tövsiyyə etdi, onlara uğurlar arzuladı.
Tədbirdə müəllimlərdən Fətullayeva Səidə və Hacıyeva Leyla çıxış edərək 2017-2018-ci tədris ilinin “Təhsildə keyfiyyət ili” elan edilməsində məqsəd təhsil sahəsində keyfiyyət dəyişikliklərinə nail olmaq, cəmiyyət üçün layiqli vətəndaş, XXI əsrin tələblərinə cavab verən və çevik düşünmə qabiliyyətinə malik insan yetişdirməkdir olduğunu qeyd etdilər. Qeyd etdilər ki, pedoqoji fəaliyyət prosesində hər bir müəllim yeniliyə can atmalı, axtarışlar aparmalı, pedoqoji aləmdəki yenilikləri öz təcrübələrində tətbiq etməyə çalışmalıdirlar.