“Azərbaycan və dünya operasında Şövkət Məmmədova fonomeni” mövzusunda dəyirmi masa

01.12.2017-ci il tarixində məktəbimizdə “Azərbaycan və dünya operasında Şövkət Məmmədova fonomeni” mövzusunda dəyirmi masa keçirildi. Şagirdlər məktəbin musiqi müəllimi Əmirova Yananın rəhbərliyi ilə Şövkət Məmmədovanın həyat və yaradıcılığına həsr edilmiş slayd şou göstərdilər. Şövkət Məmmədovanın repertuarına aid olan mahnılardan parçalar səsləndirdilər.
Dəyirmi masada iştirak edən şagirdlər fikir mübadiləsi etmiş, araşdırma zamanı əldə etdikləri məlumatları digər sinif şagirdləri ilə paylaşmışlar.