“İnsan alveri və zorakılığa qarşı mübarizə” mövzusunda tədbir

07.12.2017-ci il tarixində “İnsan alveri və zorakılığa qarşı mübarizə” mövzusunda məktəbimizin psixoloqu Aslanlı Səfanənin hazırladığı tədbir keçirildi. Tədbirdə mövzu ilə bağlı vacib məlumatlar, şagirdlər tərəfindən hazırlanmış səhnəciklər göstərildi. Məktəbin biologoya müəllimi Əhmədova Kəmalə mövzu ilə bağlı öz fikirlərini bildirdi və məktəbdə bütün proseslərin təməli qoyulduğu bir zamanda şagirdlərin şüurunun və psixologiyasının düzgün formalaşmasında bu cür cəmiyyətə zərbə vuran mənfi proseslərdən kənar olmaq lazım gəldiyini, layiqli bir vətəndaş kimi yetişməyi, dərslərə yaxşı çalışmağı, ictimai işlərdə fəal olmağı, internet şəbəkələrindən yalnız dərslərdə lazım olan materialları əldə etmək və ya bölüşmək üçün istifadə etmək lazım gəldiyini vurğuladı. Dövlətimizin şagirdlər, gənclər ümumiyyətlə hər bir Azərbaycan vətəndaşının yüksək savad əldə etməsi üçün bütün müasir tələblərə cavab verən şəraitin yaratdığını vurğuladı və onlara bu şəraitdən yararlanmağı tövsiyyə etdi.
Sonda tədbir iştirakçılarına video-çarx nümayiş etdirildi.